“Microsoft“un rəhbəri Sİ ilə “dil tapa bilməyənləri“ işdən getməyə çağırdı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Microsoft"un baş direktoru Satya Nadella süni intellektə (Sİ) həm ekzistensial çağırış, həm də şirkətin texnoloji sənayedə uzunmüddətli liderliyini müəyyən edə biləcək strateji fürsət kimi baxır.
Moderator.az "Business Insider"ə istinadən xəbər verir ki, şirkət artıq irimiqyaslı təşkilati dəyişikliklərə, o cümlədən kadr dəyişikliklərinə və komandaların sürəti və səmərəliliyinə dair daha sərt tələblərə start verib.
Bu addımlar süni intellekt liderlərinə səlahiyyətlərin yenidən bölüşdürülməsinə və məhsulun inkişafı və maliyyələşdirilməsinə yanaşmaların kökündən nəzərdən keçirilməsinə yönəlib. S.Nadellanın bir neçə yüksəksəviyyəli menecer və "Microsoft" veteranları ilə sərt mövqe tutduğu və mahiyyətcə onlara Sİ-nin aktiv şəkildə tətbiq etmək və ya şirkətdən ayrılmaq arasında seçim təklif etdiyi bildirilir.
Şirkətin yüksəksəviyyəli rəhbərlərindən birinin sözlərinə görə, yeni idarəetmə konfiqurasiyası artıq öz təsirini göstərir və Nadella AI gündəmini birbaşa formalaşdırmaq üçün əlavə resurslarla təmin edir. O qeyd edib ki, "Microsoft"un baş direktoru şirkət daxilində süni intellektin təlimi, tətbiqi və inkişafı ilə tam məşğuldur.
"Business Insider"in mənbələri, həmçinin bildirirlər ki, Nadella şəxsən süni intellektin tətbiqinə həsr olunmuş həftəlik görüşlərə rəhbərlik edir. Bu görüşlər bilərəkdən daha az rəsmi xarakter daşıyır və fikir mübadiləsini sürətləndirməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Dekabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















