Icma.az
close
up
RU
MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!

MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər “Ziraat Bank Azərbaycan” ASC tərəfindən təklif olunan güzəştli ipoteka kreditindən faydalana bilərlər. Bu kreditlər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış komplekslərindən mənzil əldə etmək  istəyən vətəndaşlara İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına təqdim olunur.

Qeyd edək ki, MİDA tərəfindən satışa çıxarılan güzəştli mənzillərin üstünlüyü, qiymətlərinin yerləşdiyi ərazilər üzrə bazar qiymətindən daha aşağı olmasıdır. Eyni zamanda, bu mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunur. “Ziraat Bank Azərbaycan” ASC və “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu mənzillərin əldə edilməsi üçün güzəştli ipoteka krediti 100 000 AZN-dək məbləğdə, 30 ilədək müddətə, illik 4 % və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təklif olunur. MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən  (www.e-gov.az ) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək istəyən şəxslər kredit müraciətlərini Ziraat Bank Azərbaycanın Bakı şəhərində yerləşən 7 filialına (Müştəri Xidmətləri Departamenti, İçərişəhər, Əhməd Rəcəbli, Azadlıq, Səməd Vurğun, Babək və Sədərək filialları), Sumqayıt şəhərində yerləşən Sumqayıt filialına və Gəncə şəhərində yerləşən Gəncə filialına ünvanlaya bilərlər. Ziraat Bank Azərbaycanın filialları həftə içi hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir və müştərilərə yüksək səviyyəli xidmət təqdim edir.

Müştərilər güzəştli ipoteka krediti almaq hüququna malik olan şəxslərin siyahısı və ətraflı şərtlərlə Bankın rəsmi internet səhifəsində tanış ola bilərlər. Link: MİDA İpoteka Krediti | Ziraat Bank

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.


Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  InstagramX-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri