Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibət mövcuddur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dəvət olunmuş ölkə kimi çıxış edir və bu təşəbbüsü dəstəkləyir. Bu, bir çoxumuz, xüsusən də inkişaf edən bir mühitdən gələnlər üçün vacib bir çağırışdır. Ölkəmiz beynəlxalq hüquqa əməl etmək bacarığının nə demək olduğunu yaxşı bilir. Çünki Azərbaycan uzun müddət beynəlxalq hüququn pozulmasından əziyyət çəkib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası zamanı söyləyib.
Digər məsələnin iqtisadi kontekstlə bağlı olduğunu diqqətə çatdıran nazir deyib: "Bizim regionda 35 ildən sonra ilk dəfə sülh, sabitlik əldə edilib, sərhədlər açılıb. Bu, eyni zamanda, hazırda davam edən Ermənistan və Azərbaycan arasındakı danışıqların sayəsində mümkün olub. Bu mənada Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir ittifaqda birləşdirən ortaq siyasətimizin əsas istiqamətlərindən biridir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Mart 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















