Mikayıl Cabbarov SanTome və Prinsipi Demokratik Respublikasının nazirləri ilə görüşüb
Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.
Nazirlikdən "Operativ Media"a bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə təkliflər irəli sürülüb.
Baxış sayı:51
Bu xəbər 11 Noyabr 2024 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















