Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya iki günlük səfəri başlayır.
Bakıvaxtı.az İtaliya mətbuatına istinadən xəbər verir ki, səfərdə onu Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin, o cümlədən investisiya şirkətlərinin yüksək vəzifəli şəxsləri müşaiyət edəcək.
Nümayəndə heyətində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Holdinqi, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Baku Steel Company" QSC, "PAŞA Holdinq" MMC, nazirlik yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təmsil olunur.
Xatırladaq ki, bu ilin mayında SOCAR "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 %-ni "API Holding"dən satın alıb. Son nəticədə ilin I yarısının yekununda Azərbaycanın İtaliyaya birbaşa investisiya qoyuluşu 3 miyard 245,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Bu ölkənin birbaşa xarici investisiyalarda xüsusi çəkisi isə 0,8 %-dən 64,9 %-ə yüksəlib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9,2 milyard ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur. Bunun təxminən 8,8 milyard dolları (+3 %) ixracın, 400 milyon dolları (+6,6 %) isə idxalın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Oktyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















