Icma.az
close
up
RU
Mikayıl Cəfərov vəfat etdi KONKRET

Mikayıl Cəfərov vəfat etdi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.

KONKRET.az bildirir ki, Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. 1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbində təhsil alıb. 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbə orta məktəbində təhsilini davam etdirib. 1961-1962 və 1966-1969-cu illərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (APDİ) təhsil alıb. 1980-ci ildə “XVIII-XX əsrlər rus dilində mürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969-1979-cu illərdə APDİ-də laborant və müəllim vəzifələrində çalışıb. 1979-cu ildən BDU-da fəaliyyət göstərib. 1979-1984-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildən isə kafedranın professoru kimi fəaliyyət göstərirdi. O, 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.

Mikayıl Cəfərov 1984-cü ildə dosent elmi adını alıb. 1998-ci ildə “XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərin struktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə professor elmi adını alıb. Tədqiqat sahəsi rus dilçiliyi, rus dili və rus dilinin tədrisi metodikası olub.

O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

BDU rəhbərliyi və kollektivi professor Mikayıl Cəfərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri