Mikayıl İsmayılovun oğlunu ittiham edən Fidan saxlanıldı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.
Şantajla bağlı ittiham üzrə şikayətçi Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadədir. O iddia edir ki, 2017-ci ildə Fidan onlardan 200 min manat pul alıb.
Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib.
Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 08 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















