Mikel Arteta “Real” ilə oyundan öncə Qvardiolaya zəng vurub
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real" ilə oyundan sonra təşkil olunan mətbuat konfransında "Kral klubu" ilə matçdan öncə Pep Qvardiolaya zəng etdiyini etiraf edib. Sport24.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular"ın çalışdırıcısı hər şeyə görə, "Mançester Siti"nin baş məşqçisinə təşəkkür edib:
"Real" ilə oyundan öncə bu səhər Qvardiolaya zəng etdim. Məhz onun sayəsində indi olduğum yerdəyəm. Oyunçu və məşqçi kimi o, həmişə mənim üçün ilham mənbəyi olub. Məni ikinci məşqçi kimi komandaya dəvət edən də o, olub.
Mən onunla "Mançester Siti"də dörd gözəl il keçirmişəm. Ona minnətdar olmalıyam, həmişə də minnətdar olacam. Əks halda burada olmazdım".
Qeyd edək ki, Mikel Artetanın çalışdırdığı "Arsenal" Çempionlar Liqasının ¼ final mərhələsində "Real"ı hər iki oyunda məğlub edərək yarımfinala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















