Mikels komanda ilə məşqlərə bu tarixdə başlayacaq
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Sabah"ın zədəli futbolçusu Coy-Lens Mikels məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, almaniyalı vinger komandadan ayrı fərdi məşq edir. Mikels ötən gün "Şamaxı" ilə keçirilən yoxlama oyununda iştirak etməyib.
31 yaşlı futbolçu növbəti həftə kollektivlə birlikdə məşqlərə qoşulacaq. Təcrübəli oyunçunun 25 yanvar tarixində "Karvan-Yevlax"la matçda iştirak edib-etməyəcəyi sual altındadır. Futbolçu artıq növbəti oyunlara qədər hazır olacaq.
Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:37
Bu xəbər 12 Yanvar 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















