Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir”
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“1941”, “Body Heat”, “Diner”, “The Outsiders”, “Rumble Fish”, “9½ Weeks”, “Barfly” kimi filmlərlə tanınan aktyor Mikki Rurkun kirayəborcu səbəbilə evindən çıxarılma təhlükəsi ilə üz-üzə qaldığı iddia edilib.
Kulis.az xəbər verir ki, Los-Ancelesdə yaşayan aktyora 59 min 100 dollar məbləğində olan kirayə borcunu ödəməsi və ya evi 3 gün ərzində boşaltması üçün xəbərdarlıq məktubu göndərilib.
Bu xəbərdən sonra internetdə Mikki Rurk üçün yardım fondu açılıb. Aktyorun məlumatı daxilində başladıldığı deyilən kampaniyada təxminən 100 min dollar ianə toplanması hədəflənib.
Lakin Mikki Rurk sosial şəbəkə hesabında paylaşdığı video ilə iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Məyus olduğunu bildirən aktyor kiminsə onun adından kampaniya təşkil etməsini başa düşmədiyini deyib.
Aktyor pula ehtiyacı olsa belə, bu yolla yardım istəməyəcəyini vurğulayıb:
"Həyatım çox sadədir, belə xarici mənbələrə müraciət etməzdim”.
Baş verənləri utancverici adlandıran aktyor pərəstişkarlarından pul göndərməmələrini xahiş edib. Həyatındakı hər şeyə görə minnətdar olduğunu deyən Rurk bu cür yardım çağırışının onun üslubuna uyğun olmadığını bildirib.
Qeyd edək ki, 73 yaşlı aktyorun paylaşdığı videoya sosial şəbəkələrdə çoxsaylı dəstək mesajları gəlib.
Xatırladaq ki, Mikki Rurk illər əvvəl baş rolunu oynadığı “Wrestler” filmindəki performansına görə Oskar mükafatına namizəd göstərilib v' “Ən yaxşı aktyor” nominasiyasında Qızıl Qlobus və BAFTA mükafatlarını qazanıb.
"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi
Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 07 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















