Mikroavtobus qəzaya düşdü: ölən və xəsarət alanlar var FOTOLAR
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Qardabani bələdiyyəsində Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə içərisində 30 nəfərin olduğu nəqliyyat vasitəsinin yol kənarında dayandığı vaxt qeydə alınıb.
Belə ki, mikroavtobusa arxadan gələn minik avtomobili çırpılıb. Nəticədə sürücülərdən biri nəqliyyat vasitələrinin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Həlak olan şəxsin Qardabani sakini, 68 yaşlı kişi olduğu bildirilir.
Hadisə zamanı bir neçə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə hələ ki rəsmi məlumat açıqlanmayıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 İyun 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















