“Milad günündə hər kəsin ürəyində bir arzusu var: “Qoy o, gəbərsin!“ Zelenski
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Rusiyanın xristianlıq və ümumiyyətlə insani dəyərlərlə heç bir əlaqəsi yoxdur..."
Ukrayna prezidenti Vladimir Zelenski Milad gecəsi xalqa ünvanladığı müraciətdə Rusiya prezidenti Vladimir Putinin ölümünə dolayısı ilə eyham vurub və Rusiyanın Milad günündə Ukrayna şəhərlərinə endirdiyi zərbələri "allahsızlıq" kimi qiymətləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
"Hamımızın arzusu birdir"
Nəşr yazır ki, bu fikirlər Moskvada kəskin etirazla qarşılanıb. Zelenski çıxışında bildirib ki, Milad günü ukraynalıların ürəyində bir ümumi arzu var. Onun sözlərinə görə, hər kəs öz-özünə "qoy o, gəbərsin" deyə düşünür, lakin Allaha üz tutanda daha geniş bir dilək - Ukrayna üçün sülh səsləndirilir. Prezident bu sözləri birbaşa ad çəkmədən səsləndirsə də, kontekst Putinə işarə kimi dəyərləndirilib.
"Belə zərbələri allahsızlar endirir"
Ukrayna lideri Rusiyanın Milad ərəfəsində Ukrayna ərazilərinə kütləvi hücumlarını xüsusi vurğulayıb. Onun sözlərinə görə, yüzlərlə "Shahed" dronu, ballistik raketlər və "Kinjal"larla həyata keçirilən hücumlar Rusiyanın xristianlıq və ümumiyyətlə insani dəyərlərlə heç bir əlaqəsinin olmadığını göstərir.
Trampla mümkün görüş mesajı
Zelenski eyni zamanda ABŞ-ın yeni prezidenti Donald Trampla mümkün görüşə də işarə edib. Onun sözlərinə görə, Ukrayna tərəfi Vaşinqtonla intensiv təmasları davam etdirir və yaxın vaxtlarda ən yüksək səviyyədə görüş baş tuta bilər. Ukrayna lideri bildirib ki, ilin sonuna qədər bir çox məsələlər üzrə qərarlar verilə bilər və bu təmaslar müharibənin gələcək taleyi baxımından həlledici ola bilər.
"Bu, qeyri-adekvat ifadələrdir"
Zelenskinin bu açıqlamaları Kreml tərəfindən "kobud və aqressiv" kimi qiymətləndirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin çıxışını "qeyri-mədəni" adlandıraraq, onun siyasi-diplomatik həll yolları üzrə adekvat qərarlar vermək qabiliyyətini şübhə altına alıb.
Milad atəşkəsi yenə baş tutmadı
Bundan bir neçə gün əvvəl Papa Lev XIV Rusiyanı heç olmasa Milad günü atəşkəsə çağırmışdı. Lakin çağırış cavabsız qalıb. 25 dekabr gecəsi Rusiyanın hücumları nəticəsində Ukraynanın bir neçə bölgəsində azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 26 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















