“Milan” doğma divarlar arasında uduzdu
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliya A Seriyasında "AC Milan" doğma azarkeşləri önündə ağır məğlubiyyətlə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, "San Siro"da oyun "Bolonya"nın 4:2 hesablı üstünlüyü ilə başa çatıb.
Qonaqlar 8-ci dəqiqədə Samuel Mbanqulanın qolu ilə önə keçiblər. Lakin "AC Milan" qısa müddətdə Alpanqo Sissenin 14 və 27-ci dəqiqələrdə vurduğu iki qolla birinci hissəni 2:1 hesablı üstünlüklə tamamlayıb. Marqarita pizza
60-cı dəqiqədə David Bartezaqinin öz qapısına vurduğu qolla hesaba tarazlıq gəlib. Şokdan ayıla bilməyən meydan sahibləri cəmi 2 dəqiqə sonra yenidən Mbanqulanın zərbəsinə mane ola bilməyiblər. Matçın sonlarına yaxın, 86-cı dəqiqədə səhnəyə bir daha çıxan Samuel Mbanqula het-trikini rəsmiləşdirərək "Bolonya"nın qələbəsini təmin edib.
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















