Milan ın ulduzu üç liqadan təklifləri nəzərdən keçirir
Icma.az, Lent az saytına istinadən bildirir.
Rafael Leao Serie A-dakı çətin mövsümdən sonra klubunu dəyişməyə yaxındır.
“Milan”ın qanad oyunçusu Rafael Leao bu yay klubunu dəyişə bilər və müxtəlif liqalardan üç klub onunla maraqlanır.
Lent.az bildirir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, ilk mümkün istiqamət portuqaliyalı oyunçunu uzun müddətdir izləyən və indi yenidən maraqlarını artıran “Mançester Yunayted”dir.
26 yaşlı futbolçu ilə maraqlanan ikinci klub "Fənərbaxça"dır, lakin bu transferdə problem var. Leao ilə müqavilə yalnız Hakan Safinin iyunun 6-7-də keçiriləcək klub prezident seçkilərində qalib gələcəyi təqdirdə qəti şəkildə nəzərdən keçirilə bilər. Əks halda, Rafaelin Türkiyə komandasına qoşulması ehtimalı azdır.
Qanad oyunçusunun üçüncü variantı hücum xəttini gücləndirmək üçün yeni oyunçular axtaran "Barselona"ya keçməkdir. O, bu mövsüm Seriya A-da 28 oyun keçirib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 May 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















