“Milan” “Komo” matçından sonra gərginlik
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İtaliya A Seriyası təmsilçisi "Milan"ın baş məşqçisi Massimiliano Alleqri ilə "Komo"nun çalışdırıcısı Sesk Fabreqas matçdan sonra qalmaqalla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində baş verən epizoddan sonra iki mütəxəssis arasında gərginlik yaranıb.
Bildirilir ki, Fabreqas oyun zamanı "Milan"ın futbolçusu Aleksis Salemakersin hərəkətinə müdaxilə edərək epizodun davam etməsinə mane olub. Bu vəziyyət Alleqrinin narazılığına səbəb olub və o, rəqib məşqçi ilə münasibətləri aydınlaşdırmaq üçün texniki zonaya yaxınlaşıb.
Məlumata görə, qarşıdurma oyundan sonra mətbuat mərkəzində də davam edib. İtalyan mütəxəssisin Fabreqasa, “sən dünən məşqçiliyə başlayan bir uşaqsan”, - deyə bildirib. Hadisələrin gedişində Alleqri hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Hazırda insidentlə bağlı rəsmi intizam qərarı açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Fevral 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















