Milan Liverpul la danışıqlara başladı
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Liverpul"un qapıçısı Alisson Beker karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Milan" braziliyalı qolkiperi transfer etmək istəyir.
Bu barədə jurnalist Saşa Tavolieri məlumat yayıb.
İtaliya klubu Premyer Liqa nəhəngi ilə müqaviləsi yayda başa çatan Alissonu yanvar ayında transfer etməyi planlaşdırır. "Milan" 33 yaşlı futbolçu üçün artıq Mersisayd təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 19 qol buraxıb. O, 4 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















