“Milan” Modriçin mümkün əvəzləyicilərini müəyyənləşdirdi İki namizəd
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Milan” futbol klubu xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin mövsümün sonunda karyerasını başa vurması ehtimalını nəzərə alaraq onun mümkün əvəzləyicilərini axtarmağa başlayıb.
İdman.Biz “Pianeta Milan”a istinadən xəbər verir ki, İtaliya təmsilçisinin diqqət mərkəzində İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu var.
Bunlar “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott və “Brayton”un isveçli futbolçusu Yasin Ayaridir.
“Milan” xüsusilə Ayarinin transferində maraqlıdır. Onun 2027-ci ilin yayında azad agent statusu alacağı gözlənilir. Bu isə İtaliya klubuna futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq imkanı yarada bilər.
Klub rəhbərliyi Modriçin mümkün ayrılığından sonra yarımmüdafiənin mərkəzində problem yaşamamaq üçün indidən hazırlıq görmək istəyir.
Qeyd edək ki, 41 yaşlı Modriçin cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağı ehtimal olunur. “Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Oktyabr 2026 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















