“Milan” nigeriyalı futbolçunu almaqdan imtina edə bilər SƏBƏB
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən "Milan"la müqavilə imzalamaq üçün İtaliyaya uçan "Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifasenin transferi baş tutmaya bilər.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat verib.
Mənbənin bildirdiyinə görə, tibbi müayinədən sonra 24 yaşlı nigeriyalının dizində problem aşkarlanıb. Forvardla bağlı yekun qərar verməsi üçün Viktor ciddi tibbi müayinəyə göndərilib.
Qeyd edək ki, Bonifase hələ Norveçin “Bodo-Qlimt” klubunda çıxış edərkən iki dəfə çarpaz bağı qopub. 2024-cü ilin noyabrında isə "Bayer"də hücumçu bud nahiyəsindən aldığı ağır zədə səbəbindən 12 matç meydançadan kənarda qalıb. Nideriyalı forvard “Bayer”də 61 oyun keçirib, 32 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Bundesliqanın çempionu və Almaniya kubokunun qalibi olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Avqust 2025 05:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















