Milan portuqaliyanın transferindən imtina etdi
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Milan" qış "transfer pəncərəsi"ndə "Çelsi"dən icarəyə götürdüyü 25 yaşlı hücumçu Joau Feliksi almaq fikrində deyil. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, portuqaliyalı 6 aylıq icarə müddəti bitdikdən sonra London klubuna qayıtmalıdır. Məşqçilər korpusu futbolçunu komandanın əsas oyunçularından biri hesab etməsə, o, "Çelsi"ni tərk edəcək.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Milanın Feliksi "Çelsi"dən təxminən 40 milyon avroya almaq İstədiyi barədə məlumatlar yayılmışdı.
Baxış sayı:90
Bu xəbər 19 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















