“Milan” Qattini “Yuventus”dan transfer etmək üçün iki oyunçusunu verməyə hazırdır
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Milan” “Yuventus”a müdafiəçi Federiko Qattinin mərkəz müdafiəçisi Koni de Vinter və hücumçu Santyaqo Ximeneslə mübadiləsini təklif edib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira X sosial media səhifəsində yazıb.
Mənbənin məlumatına görə, Turin klubu 27 yaşlı futbolçunu saxlamaq istəyir. Skira həmçinin “Milan”ın Qattinin yerinə yarımmüdafiəçi Samuele Riççi barədə mübadilə müqaviləsi bağlamağı düşündüyünə dair yayılan xəbərləri də təkzib edir.
Qatti bu mövsüm bütün yarışlarda 14 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:“Milan”dan “Yuventus”a keçir
10 Oktyabr 2025 17:09
“Yuventus” uduzdu, “Milan”dan qələbə
20 Oktyabr 2025 00:49
A seriyası: Milan dan parlaq qələbə, Yuventus dan itki
21 Sentyabr 2025 01:05
“Napoli” “Atalanta”dan, “Yuventus” isə “Milan”dan qisasını aldı
27 Yanvar 2025 19:49
“Yuventus”dan transfer həmləsi
14 Yanvar 2025 13:27
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2025 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















