“Milan”a kim təyinat alacaq?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Milan”ın klubun idman direktoru vəzifəsinə əsas namizədlər müəyyənləşib.
“Football Italia”nın məlumatına görə, bu vəzifəyə iki əsas namizəd var. Onlar “Atalanta”nın direktoru Toni Damiko və “Latsio”nun sabiq idman direktoru İqli Taredi. “Milan” rəhbərliyi İtaliya futboluna yaxşı bələd olan funksioner axtarır.
Yeri gəlmişkən, bir müddət əvvəl “Milan”ın idman direktoru vəzifəsinə Fabio Paratiçi də namizəd göstərilmişdi.

