Miley onunla bağlı qalmaqalı araşdırmaq üçün yaradılmış qurumu dağıtdı
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının özü "X" sosial şəbəkə hesabında dərc edib.
"114/25 nömrəli Fərmanla ona həvalə edilmiş tapşırığın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin tərkibində yaradılmış İstintaq Təhqiqat İdarəsi ləğv edilsin", - deyə qeyd edilən müvafiq sənəd hökumət qəzetində dərc olunub.
Fərmanda bildirilir ki, bölmə tərəfindən toplanmış məlumatlar Baş Prokurorluğa verilib. Hökumət araşdırmanın təfərrüatlarını açıqlamayıb.
Fevralın 14-də Miley "X" səhifəsində Argentinadakı kiçik bizneslərə "$LIBRA" kriptovalyutasından istifadə edərək investisiya cəlb etməyə kömək etmək üçün nəzərdə tutulan layihə haqqında məlumat yerləşdirib. Prezidentin bu paylaşımından sonra elanla eyni vaxtda dövriyyəyə buraxılan kriptovalyutanın dəyəri 5 dollara yüksəlib və sonra 1 dollardan aşağı düşüb. Kiçik bir qrup kriptovalyuta sahibləri artımdan milyonlarla dollar qazana bildilər.
Bu nəşrdən sonra müxalifət prezidenti müxtəlif cinayətlərdə, o cümlədən səhlənkarlıqda, çirkli pulların yuyulmasında, dövlət qulluqçusu vəzifəsinə uyğun gəlməyən fəaliyyətlərdə ittiham etməyə başlayıb. Argentina prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















