Millət vəkili Bədəl Bədəlov növbəti dəfə seçicilərlə görüşdü FOTOLAR
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Millət vəkili Bədəl Bədəlov Naftalan şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirib.
"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərovun da iştirak etdiyi görüş zamanı deputat Bədəl Bədəlov seçicilərin bir sıra məsələlərlə bağlı səsləndirdiyi müraciətləri dinləyib.
Vətəndaşların müraciətləri ilə əlaqədar məsələlərin bir çoxu yerindəcə həll edilib. Digər müraciətlər isə aidiyyatı qurumlara yönləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















