Icma.az
close
up
RU
Millət vəkili: Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb

Millət vəkili: Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ermənistanın xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrimizdə azğın düşmənə gözdağı verəcək möhtəşəm yaşayış binaları, bir sıra obyektlər tikilir, parklar salınır, yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Ona görə də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Əsgəran rayonlarına və Xankəndi şəhərinə növbəti səfəri mühüm əhəmiyyət daşıyır".


Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.


Dövlət başçısı və birinci xanımın mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər etdiklərini xatırladan deputat bildirib ki, həmin səfərlər zamanı ölkə başçımız sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir: 


"Fevralın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Ağdam şəhərinə səfər ediblər. Azərbaycan lideri budəfəki səfər çərçivəsində “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, həmçinin şəhərdə tikintisi davam etdirilən 1268 mənzilli 2-ci yaşayış kompleksi, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub. Prezident bundan başqa, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında da iştirak edib. Görülən işlər onu sübut edir ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Əminəm ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”.


S.Salmanova həmçinin əlavə edib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar: 

“Dövlət tərəfindən Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərilir. İşğal dövründə Ermənistan tərəfindən dağıdılan, məhv edilən tarixi və dini abidələrimiz hazırda təmir-bərpa olunur, yenidən qurulur. Bu işlərə xüsusən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də mühüm töhfə verilir. Belə ki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir”.


Parlamentari bildirib ki, bir neçə gün sonra Xocalı soyqırımının 33-cü ildönümüdür: 

“Faciənin 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız sakinlərlə görüşündə bildirdi ki, “Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq”. 


Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir:

“Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimiz öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri