Icma.az
close
up
RU
Millət vəkili “Sheki City”nin İdarə Heyətinin sədri seçildi

Millət vəkili “Sheki City”nin İdarə Heyətinin sədri seçildi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev dörd nəfərlik heyəti ilə srağagün Qazaxın “Göyəzən” və Şəkinin “Sheki City” klublarına baş çəkib.

Hər iki klub hazırda maliyyə problemi yaşayır. Xüsusən də “Göyəzən”in 20 illik sponsoru “TuranBank” artıq əlini Region Liqasının təmsilçisinin üzərindən götürüb. “Sheki City” də 2-ci liqanın kasıb klublarındandı. Ona görə də bu ziyarət anlaşılandı. FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıqda məlum oldu ki, səfərin çərçivəsi adı çəkilən iki klubla məhdudlaşmayıb:

“Ümumiyyətlə, son səfər çərçivəsində "Şirvan", "Göygöl", "Şəmkir", "Göyəzən" və "Sheki City" ilə görüşlərimiz olub. Sadaladığım hər klubda vəziyyət fərqlidi, ancaq müzakirələrimiz əsasən maliyyə dayaqlarının formalaşması və FİF tərəfindən dəstək imkanları ilə bağlı idi. Sponsorun olması yaxşıdı, amma daimi dayanıqlılıq anlamına gəlmir. Ona görə də klubun sponsorsuz olması bizim üçün əsas amil deyil. Hətta bizim vasitəmizlə kluba baş sponsor cəlb ediləndən sonra da klubla əməkdaşlığımız tamamlanmır. "Göyəzən"lə uzun müddət idi maraqlanırdıq. Bölgənin futbola marağı, klubun elitadan gedəndən sonra da fəaliyyətini dayandırmaması, ən əsası klubun idarəçiliyində həvəsli və fədakar adamların olması bizim üçün vacib amillərdəndi. Baş sponsorun dəstəyini dayandırması xəbəri isə əlavə siqnal oldu. Görüşümüzün məhsuldar keçdiyinə inanıram. Baxmayaraq ki, Region Liqası klubları ilə əməkdaşlıq etmirik, "Göyəzən"ə dəstək göstərməyə çalışacağıq. Şəkidə isə artıq dayanıqlı maliyyə dayaqları yolunda müəyyən addımlar atılıb. Səfərimiz “Sheki City” ətrafında “biznes-klub” layihəsinə qatılanlarla növbəti görüş ilə bağlı idi. Əvvəlki görüşdən sonra “biznes-klub” layihəsinə qatılanların sayı artaraq, 10-a çatıb. Bununla da “biznes-klub”dan gəlirlər 3000 manata yüksəlib. Növbəti mövsüm üçün digər gəlirləri hesablamasaq, klubun gəlirlərində dövlət proqramının payı 62,5 faiz təşkil edəcək. Görüşdə “biznes-klub” layihəsinə qoşulanlardan ibarət İdarə Heyəti yaradılmasına qərar verildi. Səsvermə yolu ilə ilk il üçün sədr seçildi. İştirakçılar millət vəkili Vüqar İskəndərova etimad göstərdi. Ümumiyyətlə, “biznes-klub” layihəsinin klublar üçün yeni maliyyə kanalı kimi uğurlu format olduğunu düşünürəm. Yaxın zamanlarda bunu bir neçə bölgə klubunda da tətbiq etməyi planlaşdırırıq”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri