Icma.az
close
up
RU
Millət vəkili: “Xocalı yaddaş və ədalətin təntənəsi məskənidir”

Millət vəkili: “Xocalı yaddaş və ədalətin təntənəsi məskənidir”

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu kompleksin tikintisi təkcə yaddaş aktı deyil; 2023-cü ildə aparılan antiterror əməliyyatının, keçmiş hərbi xuntanın başında duranların tutulub Bakıya gətirilmələrinin vazkeçilməzliyinin və təbii ki, Qarabağ üzərində tam suverenliyin coğrafi əsaslandırılmasıdır. Kompleksin Bakıda yox, orada tikilməsi o deməkdir ki, Xocalı sadəcə yaşayış deyil, yaddaş və ədalətin təntənəsi məskənidir. Burada milli travmanın institusional idarəsindən də söhbət getmir, bu, qarşı tərəf üçün tarixi məsuliyyətin davamlı gündəmdə qalacağı deməkdir.
Törədildiyi düşərgələrin yerləşdiyi ərazilərdə tikilən Holokost memorialları kimi, Xocalı kompleksi də göstərir ki, ortada uydurmaya dayanan siyasi ritorika yox, tarixi fakt var.
Tarixi yaddaş əslində ağac kimidir, öz yerində daha möhkəm olur. Onun coğrafi kontekstdə qorunması həm də bu baxımdan önəmlidir. Eyni zamanda, bu kompleks Bakıda milli yaddaş rəmzi sayılacaqdısa, Xocalıda həm də tarix üzərində fiziki hakimiyyətdir.
Memorial Kompleksin soyqırımı törədilən, törədiləndən sonra da İvanyan adlandırılan, bununla da ən azından azərbaycanlılara orada şərikli vəhşiliyə yol verildiyini xatırladan və həmişə xatırladacaq Xocalıda tikilməsi cənab Prezidentin açılış çıxışında vurğulandığı kimi məhz ədalətin təntənəsinin və qazanılan qələbənin tamlığının rəmzidir.
Qələbə tam olmağına tamdır, amma biz onun sarsılmazlığını təmin etməliyik. Qisası prosesə çevirmədən isə bu mümkünsüzdür. Qisas deyəndə mən qətiyyən düşmənin etdiklərini təkrarlamağı çağırmıram; biz azərbaycanlıyıq, heç vaxt belə rəzilliyə getməmişik, getmərik.
Mən qisas deyəndə altı üstünə çevrilən yaşayış məskənlərinin yerində indiki kimi, əvvəlkindən daha gözəllərinin salınmasını, etnik təmizləmə ilə üzləşənlərdən bir neçə dəfə çox soydaşımızın o cənnət yerlərə getmələrinin təmin edilməsini və təbii ki, dövlət olaraq durmadan güclənməyimizi nəzərdə tuturam. Bu fikri birinci dəfə deyil işlədirəm: bəli, bütün dövlətlər güclənmək istəyir, Azərbaycan isə buna məhkumdur. Əks təqdirdə başımıza gətirilənlərin daha dəhşətli şəkildə təkrarlanması qaçılmazdır.
Biz sarmaşıq toplum deyilik; kökü üstündə dayanan, özü boy atan, gücü varlığında, varlığı gücündə olan millətik. Məhz buna görə deyirəm ki, qələbənin əbədiliyi üçün qisas özü proses olmalıdır.
Yaddaşın həssaslıqla qorunması da, bu tarixi qələbənin təminində müstəsna xidməti olan Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşməmizin özü də elə əslində qisasdır.
Sahib Alıyev, Milli Məclisin deputatı
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri