Icma.az
close
up
RU
Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Deputat deyib ki, dövlət sərhədlərinin yükdaşımalar istisna olmaqla bağlanması, COVİD-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasından sonra qlobal miqyasda verilən qərar oldu:

"Faktiki olaraq bütün dövlətlər quru, hava və dəniz sərhədlərini bağlamaqla insanların hərəkət azadlığının demək olar ki, tam şəkildə məhdudlaşdırdılar. Təbii ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan dövləti də analoji addım atmaq zərurəti ilə üzləşdi. Hətta Avropa İttifaqı xarici sərhədlərini qapatmaqla yanaşı, Aİ-nin daxili bazarının 4 əsas azadlıqlardan olan insanların azad hərəkəti üzv dövlətlər arasında dayandırıldı. Pandemiyadan sonra da ölkələr arasında sərhəd rejimləri sərtləşdirilmişdi və bəzi məhdudiyyətlər hələ də qüvvədədir".

Azərbaycanın sərhədlərinin bağlı qalmasının əsas səbəbləri

O nəzərə çatdırıb ki, Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi var: "İlk növbədə, ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin təmini və təhlükəsizliyin gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyaı üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhəd bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz İranla 30 ilərzində işğal altında olmuşdur. Həmçinin, qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, mümkün qaçqın axını kimi təhlükələr də sərhədlərin bağlı saxlanmasını zəruri edən faktorlandandır. Quru sərhədlərinin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin təmini üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini olub.

Prezidentin çıxışında təhlükəsizlik vurgusu

Azərbaycan Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" forumunda 23 aprel 2024-cü ildə etdiyi çıxışda bildirib ki, hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük, biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Dövlət başçısı vurğulayıb ki, bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə, bunu nəzərdə tutub".

Regional münaqişələr və sərhədlərin qapalı qalmasının strateji əhəmiyyəti

Bu gün baş verən İsrail-İran münaqişəsinə də diqqət çəkən Rizvan Nəbiyev ABŞ-ın da artıq bu münaqişəyə qoşulduğunu qeyd edib: "Quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır və bu gün baş verənlər bir daha bunu təsdiqləyir. Yəni bu, həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır. Nəticə etibarilə, Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş, konkret olaraq artan təhlükəsizlik çağırışlarından və humanitar faciələrdən qorunmaq məqsədli strateji qərardır."

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri