Millət vəkilinin Ağsuda növbəti qəbulu olub
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə rayonun Növçü kəndində gerçəkləşdirib.
E.Mirzəbəyli bildirib ki, qəbul zamanı vətəndaş müraciətlərində yer alan məsələlərin bir hissəsi yerli və regional təsisatların dəstəyi ilə yerindəcə həll olunub. Digər müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.
Millət vəkili vətəndaş qəbuluna verdikləri dəstəyə görə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini S.Mirzəliyevaya və İcra Hakimiyyətinin əməkdaşlarına minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Mart 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















