Icma.az
close
up
RU
Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü FOTOLAR

Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü FOTOLAR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev bu ölkədə yaşayan Azərbaycan ziyalıları ilə görüşüblər.

Gununsesi.info xəbər verir ki, görüş Girne şəhərində yerləşən və bu ilin əvvəllərindən fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzində baş tutub.

Görüşdən əvvəl millət vəkilləri və görüş iştirakçıları Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündə ucaldılmış büstü qarşısına gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Hasanoğlu Mədəniyyət mərkəzinin fəaliyyəti haqqında danışıb və görüş iştirakçılarının hər biri barədə millət vəkillərinə qısa məlumat verib.

Cümhuriyyətin elan olunmasının 41- ci ildönümü ilə bağlı keçirilən dövlət tədbirlərində iştirak etmək üçün bu ölkəyə gəldiklərini bildirən millət vəkili Cavanşir Feyziyev burada yaşayan azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycanlı Universitet professorları, müəllimlər və həkimlər, hüquqşünaslar, rəssamlar və iş adamları iki ölkə arasında münasibətlərin inkişafından, xüsusilə Parlamentlərarası işçi qrupun yaradılmasından razı qaldıqlarını və ikitərəfli münasibətlərin dərinləşməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev görüş iştirakçıları qarşısında çıxış edərək Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələrimizin ortaq tariximizə və mədəniyyətimizə söykəndiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bu türk ölkəsinin hazırki beynəlxalq statusunun qeyri- müəyyən olmağına baxmayaraq Kıbrıs türkləri də böyük türk dünyasının bir parçasıdır.

Millət vəkili soydaşlarımızın bu ölkədə əmin- amanlıq şəraitində yaşayıb işləməsini təqdir edib və soydaşlarımızı ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etməyə çağırıb. Görüşün sonunda Mədəniyyət Mərkəzinin önündə xatirə fotoları çəkilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:543
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri