Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib.
Bakıda "8-ci kilometr" stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Baxış sayı:99
Bu xəbər 04 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















