Icma.az
close
up
RU
Millətlər Liqasında pley off, DÇ 2026 da isə seçmə oyunların həyəcanı başlayır

Millətlər Liqasında pley off, DÇ 2026 da isə seçmə oyunların həyəcanı başlayır

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropada martın 20-dən başlayaraq milli komanda səviyyəli oyunların həyəcanı yaşanacaq.

"Football-plus.az" UEFA Millətlər Liqasının (ML) 4-cü - 2024/25 mövsümünün pley-off mərhələləri çərçivəsində 12 gün ərzində 28 matç keçiriləcək.
Bu həftə Avropada DÇ-2026-nın seçmə turniri də start götürəcək. Qrup mərhələsi çərçivəsində 5 gün ərzində 24 oyunun təşkili nəzərdə tutulub.
Qeyd edək ki, ötən il noyabrın 22-də atılan püşk ML-in həm A liqasında ilk iki yeri tutan 8 komanda arasında keçiriləcək 1/4 final və yarımfinal matçlarında, həm də müxtəlif liqalar arasında nəzərdə tutulan keçid oyunlarında iştirak edəcək cütləri müəyyən edib. 1/4 final, A və B, həmçinin B və C liqaları arasında pley-off oyunları martın 20-də və 23-də, C və D liqaları arasında pley-off martın 26-da və 31-də, yarımfinal iyunun 4-5-də, ML-in finalı və 3-cü yer uğrunda oyunu isə iyunun 8-də keçiriləcək.
Pley-offun cavab oyunlarının əsas vaxtında qalib müəyyənləşməsə, hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əlavə vaxtda da iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, qalib penalti seriyası ilə müəyyən ediləcək.
1/4 finalın İtaliya - Almaniya cütünün qalibi ML-in final mərhələsinin təşkilatçısı olacaq. Turnirin həlledici mərhələsi iyunun 4-8-i aralığında bu ölkələrdən birində keçiriləcək. UEFA-nın İcraiyyə Komitəsi bununla bağlı qərarını 2024-cü il noyabrın 16-da verib.
Beləliklə, pley-off oyunlarının nəticəsindən asılı olaraq ML-in 2024/25 mövsümünün qalibi ya İtaliyanın Turin şəhərindəki “Alyants Stedium” və “Olimpiko”, ya da Almaniyanın Münhen və Ştutqart şəhərlərindəki stadionlarda keçiriləcək oyunlarda müəyyənləşəcək. Yeri gəlmişkən, ML-in ilk üç mövsümünün qalibləri Portuqaliya (2018/19), Fransa (2020/21) və İspaniya (2022/23) yığmaları olub.
1/4 final
1. Niderland - İspaniya
2. Danimarka - Portuqaliya
3. Xorvatiya - Fransa
4. İtaliya - Almaniya
yarımfinal
4-cü cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 2-ci cütün qalibi
A və B liqaları arasında pley-off
Türkiyə - Macarıstan
Ukrayna - Belçika 
Avstriya - Serbiya
Yunanıstan - Şotlandiya
B və C liqaları arasında pley-off
Kosovo - İslandiya
Bolqarıstan - İrlandiya
Ermənistan - Gürcüstan
Slovakiya - Sloveniya
C və D liqaları arasında pley-off
Cəbəllütariq - Latviya
Malta – Lüksemburq
Martın 21-də Avropa zonasında 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə start veriləcək. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək mundialda “Köhnə qitə”ni 16 yığma təmsil edəcək.
Seçmə mərhələdə 12 qrup təşkil edilib. 6 qrupda 4, 6 qrupda isə 5 komanda iştirak edəcək. 5 komandalı qruplarda oyunlar martda, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq. Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla iki oyun keçirəcəklər. Ümumilikdə 192 oyunun keçiriləcəyi qrup mərhələsinə bu ilin noyabrında yekun vurulacaq. Qrupların qalibi olacaq 12 komanda DÇ-2026-ya birbaşa vəsiqə qazanacaq. Digər 4 vəsiqə uğrunda isə qrupda 2-ci yeri tutan 12 komanda və ML-də ən yaxşı göstəricilərlə qrup lideri olan 4 komanda yarışacaq (onlar seçmə mərhələdə 1-2-ci yeri tutmayıblarsa). Bu 16 komanda hər birində 4 iddaçı olmaqla 4 yola bölünəcək. 2026-cı ilin martında təşkil ediləcək pley-off mərhələsində hər yolda hər biri bir oyundan ibarət olan yarımfinal və final matçları təşkil ediləcək. Qaliblər DÇ-2026-nın final mərhələsinə son 4 vəsiqənin sahibi olacaqlar.
Ötən il dekabrın 13-də İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada yığmamızın rəqiblərinin də adına aydınlıq gəlib. Azərbaycan 4 komandalı qrupa düşüb. D qrupunda yarışacaq milli komandamızın rəqibləri ML-in 1/4 finalında Xorvatiya - Fransa cütünün qalibi, Ukrayna və İslandiya komandaları olub. Qeyd edək ki, Avropada 8 seçmə qrupun dəqiq tərkibi məhz 1/4 finalın nəticələrinə əsasən müəyyənləşəcək.
A qrupu
Almaniya/İtaliya cütünün qalibi

Slovakiya
Şimali İrlandiya
Lüksemburq
B qrupu
İsveçrə 
İsveç
Sloveniya
Kosovo
C qrupu
Portuqaliya/Danimarka cütünün məğlubu
Yunanıstan
Şotlandiya
Belarus
D qrupu
Fransa/Xorvatiya cütünün qalibi
Ukrayna
İslandiya
Azərbaycan
E qrupu
İspaniya/Niderland cütünün qalibi
Türkiyə
Gürcüstan
Bolqarıstan
F qrupu 
Portuqaliya/Danimarka cütünün qalibi
Macarıstan
İrlandiya
Ermənistan
G qrupu
​​​​​​İspaniya/Niderland cütünün məğlubu 
Polşa
Finlandiya
Litva
Malta
21 mart: Malta - Finlandiya, Polşa - Litva.
24 mart: Litva - Finlandiya, Polşa - Malta.
H qrupu
Avstriya
Rumıniya
Bosniya və Hersoqovina
Cənubi Kipr
San Marino
21 mart: Rumıniya - Bosniya və Hersoqovina, Cənubi Kipr - San Marino.
24 mart: Bosniya və Hersoqovina - Cənubi Kipr, San Marino - Rumıniya.
I qrupu
Almaniya/İtaliya cütünün məğlubu
Norveç
İsrail
Estoniya
Moldova
22 mart: Moldova – Norveç, İsrail – Estoniya.
25 mart: İsrail – Norveç, Moldova – Estoniya.
J qrupu
Belçika
Uels
Şimal Makedoniya
Qazaxıstan
Lixtenşteyn
22 mart: Lixtenşteyn - Şimal Makedoniya, Uels – Qazaxıstan.
25 mart: Lixtenşteyn – Qazaxıstan, Şimal Makedoniya – Uels.
K qrupu 
İngiltərə
Serbiya
Albaniya
Latviya
Andorra
21 mart: İngiltərə - Albaniya, Andorra - Latviya.
24 mart: İngiltərə - Latviya, Albaniya - Andorra.
L qrupu
Fransa/Xorvatiya cütünün məğlubu
Çexiya
Monteneqro
Farer adaları
Cəbəllütariq
22 mart: Monteneqro - Cəbəllütariq, Çexiya - Farer adaları.
25 mart: Cəbəllütariq - Çexiya, Monteneqro - Farer adaları.
MİLLƏTLƏR LİQASI
20 mart 21:00 Türkiyə - Macarıstan
20 mart 21:00 Ermənistan - Gürcüstan
20 mart 23:45 Niderland - İspaniya
20 mart 23:45 Danimarka - Portuqaliya
20 mart 23:45 Xorvatiya - Fransa
20 mart 23:45 İtaliya – Almaniya
20 mart 23:45 Ukrayna - Belçika 
20 mart 23:45 Avstriya - Serbiya
20 mart 23:45 Yunanıstan - Şotlandiya
20 mart 23:45 Kosovo - İslandiya
20 mart 23:45 Bolqarıstan - İrlandiya
20 mart 23:45 Slovakiya - Sloveniya
23 mart 18:00 Gürcüstan - Ermənistan
23 mart 21:00 Macarıstan - Türkiyə
23 mart 21:00 Serbiya - Avstriya
23 mart 21:00 İslandiya - Kosovo
23 mart 21:00 Sloveniya - Slovakiya
23 mart 23:00 Şotlandiya – Yunanıstan
23 mart 23:45 İspaniya - Niderland
23 mart 23:45 Portuqaliya - Danimarka
23 mart 23:45 Fransa - Xorvatiya
23 mart 23:45 Almaniya - İtaliya
23 mart 23:45 Belçika - Ukrayna 
23 mart 23:45 İrlandiya - Bolqarıstan
26 mart 23:45 Cəbəllütariq - Latviya
26 mart 23:45 Malta – Lüksemburq
31 mart 23:45 Latviya - Cəbəllütariq
31 mart 23:45 Lüksemburq - Malta
DÇ-2026-nın SEÇMƏ TURNİRİ, Avropa
21 mart 21:00 Cənubi Kipr - San Marino
21 mart 23:45 Malta - Finlandiya
21 mart 23:45 Polşa - Litva
21 mart 23:45 Rumıniya - Bosniya və Hersoqovina
21 mart 23:45 İngiltərə - Albaniya
21 mart 23:45 Andorra - Latviya
22 mart 18:00 Lixtenşteyn - Şimal Makedoniya
22 mart 21:00 Moldova – Norveç
22 mart 21:00 Monteneqro - Cəbəllütariq
22 mart 23:45 İsrail – Estoniya
22 mart 23:45 Uels – Qazaxıstan
22 mart 23:45 Çexiya - Farer adaları
24 mart 23:45 Bosniya və Hersoqovina - Cənubi Kipr
24 mart 23:45 San Marino - Rumıniya
24 mart 23:45 Litva – Finlandiya
24 mart 23:45 Polşa – Malta
24 mart 23:45 İngiltərə - Latviya
24 mart 23:45 Albaniya - Andorra
25 mart 23:45 Lixtenşteyn – Qazaxıstan
25 mart 23:45 Şimal Makedoniya – Uels
25 mart 23:45 İsrail – Norveç
25 mart 23:45 Moldova – Estoniya
25 mart 23:45 Cəbəllütariq – Çexiya
25 mart 23:45 Monteneqro - Farer adaları

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri