Icma.az
close
up
RU
Milli birlik və həmrəylik üçün vacib SƏFƏR

Milli birlik və həmrəylik üçün vacib SƏFƏR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, həmçinin internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti dəfə Ağdama səfər ediblər. 

Səfər iştirakçıları Bakıdan Ağdama sürət qatarı ilə yola düşüblər. Səfər zamanı nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir. Səfər iştirakçılarından olan Azad Vətən Partiyasının sədri Akif Nağı təəssüratlarını “Cebheinfo.az” ilə bölüşüb: 

“Səfər çox gözəl və yüksək səviyyədə təşkil olunub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə sayca 8-ci səfərdir. Bu dəfə qatarla gəldik. Qatarla gəlməyin özü də xüsusi əhəmiyyət kəsb edir. Çünki hamımızda bir qatar həsrəti var idi. Axırıncı qatar düz 32 il əvvəl Bakıdan Ağdama gəlmişdi. Şükürlər olsun ki, bu həsrətə də son qoyduq. Bir neçə aydan sonra artıq qatarla da səfərlər hamı üçün əlçatan olacaq”. 

Partiya sədri qeyd edib ki, Ağdamda çox böyük quruculuq işləri gedir: 

“Şəhərin hər yerində bu quruculuq və bərpa işlərini görürük. Ağdamda çox sayda iaşə obyektləri və evlər tikilir. Yəni burada hər cür şərait yaradılıb. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov aparılan işlər barədə bizə geniş məlumat verdi.

O, bizi maraqlandıran bütün sualları cavablandırdı. Həmçinin, bundan sonra Ağdamda görüləcək işlər və hədəflər barədə də məlumatlar verildi. Bu səfərlər zamanı biz Böyük Qayıdışa şahidlik edirik. Həyata keçirilən quruculuq işlərinin miqyasını görürük. 

İnsanlar artıq öz doğma dədə-baba torpaqlarında yaşamağa başlayıblar”. Akif Nağı diqqətə çatdırıb ki, bu səfərlər milli birlik və həmrəylik üçün olduqca böyük əhəmiyyətə malikdir: 

“Milli birlik və həmrəylik çox vacib məsələdir. Siyasi partiyalar ölkənin və cəmiyyətin təşkilatlanmış hissəsidir. Yəni partiyalar arasında münasibətlərin normal olması bütövlükdə milli birliyin əldə olunması deməkdir. Bu, həm də xalqla hakimiyyətin bir arada olduğunu göstərir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ağdam Səfər siyasi partiyalar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri