Milli birliyin rəmzi olan bayrağımız ən uca zirvədə dalğalanır ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
9 noyabr tarixi Azərbaycanda dövlət atributlarına, ilk növbədə bayrağa xüsusi həsr olunmuş gündür. Bayraq sadəcə parçadan ibarət deyil. O, müstəqilliyimizin, dövlətçiliyimizin, xalqımızın birlik və qürur hissinin rəmzidir. Bu gün bayrağın yüksəldilməsi yalnız simvolik akt deyil, dövlət-vətəndaş münasibətində, vətənpərvərlik şüurunda mühüm yer tutan real prosesdir. O baxımdan bayraqla bağlı fikirlər, siyasətçi və dövlət başçılarının bəyanatları da həm mənəvi, həm də siyasi-ideoloji mahiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev bayrağımıza dair bir çox vacib fikir söyləmişdir. Onun dediyi sözlərdən biri belədir. “Dövlət bayrağı müstəqilliyimizin, müasirliyimizin, tarixiliyimizin və milli-mənəvi dəyərlərimizin simvoludur. Bayraq, milli azadlığın, istiqlal ideyalarının rəmzidir.” Ümummilli Liderin yanaşmasında bayraq yalnız fiziki atribut yox, bir millətin ruhunun ehtivaçısıdır. O, demişdir ki, “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.” Beləliklə, Ulu öndər Heydər Əliyev bayrağın ictimai-mənəvi statusunu yüksəldərək, onu yalnız dövlət rəmzi kimi deyil, ailə və ev mühitində də hörmətə layiq simvol kimi təqdim etmişdir. Cənab Prezident İlham Əliyev də bayrağın yüksəldilməsinə böyük önəm verir. Onun bəyanatlarından biri budur: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.” Bayraq meydanlarının, müxtəlif mərasimlərin mərkəzinə çevrilməsi, dövlət atributlarının görkəmli yerlərdə təqdim olunması, bu siyasətin hissəsidir. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız, işğalğaldan azad olan bütün torpaqlarda dalğalandı. Bayraq layihələri (məsələn, böyük bayraq meydanları) bu simvolun dövlətin və xalqın görkəmli atributu olduğunu göstərir. Cənab Prezident İlham Əliyevin dövründə bayraq dövlətin gücü, müstəqilliyin göstəricisi, xalq-dövlət bağının tərkib hissəsi kimi təqdim olunmuşdur. Müharibə dövründə, xüsusilə 44 günlük Vətən Müharibəsində bayraq yalnız rəmz olaraq qalmadı, döyüş meydanında sancıldı, azad edilmiş ərazilərdə yüksəldi, şəhid və qazilərimizin fədakarlığı ilə birləşdi. Bayraqları bayraq edən üstündəki qandır. Əgər torpaq uğrunda ölən varsa, Vətəndir. Bizim bayrağımız müqəddəsdir. Çünki bu bayrağın qərar tutduğu yüksəklikdən enməməsi üçün ona minlərlə canlar fəda olunub. Bu kontekstdə bayraq yalnız rəmz deyil, şəhidlərin ruhunun, qazilərin fədakarlığının da ifadəsidir. Xalq-ordu-dövlət birliyi çərçivəsində bayrağa hörmət və ehtiram, bayrağın yüksəldilməsi həm mənəvi məsuliyyət, həm də milli öhdəlik kimi ortaya çıxmışdır. Bugün bayraq müxtəlif səviyyələrdə yaşanır. Məktəbdə, ailədə, dövlət tədbirlərində, azad edilmiş ərazilərdə. O, milli kimliyin elementidir, vətənpərvərlik hissinin təzahürüdür. Bayraqla bağlı ictimai şüur formalaşdırılması, simvolik qaldırılmalar, bayraq meydanlarının salınması, dövlət atributlarının vətənpərvərlik məzmunu ilə təqdim olunması bu prosesin bir hissəsidir. Bayrağı müdafiə etmək, ona hörmətlə yanaşmaq, yalnız rəsmi tələb deyil. Bu, hər bir vətəndaşın milli öhdəliyi olmalıdır. Bayrağın yüksəldilməsi yalnız bir günün hadisəsi deyil. Onun altında dövlətinin, müstəqilliyinin qorunması, inkişafı və gələcəyi durmalıdır. Bayrağa münasibət gündəlik həyatın bir parçası olmalıdır. Evdə, ailədə, məktəbdə, ictimai yerlərdə, bayrağın simvolik dəyəri ilə yanaşı, onun altında dayanan vətənpərvərlik, sosial birgəlik və dövlət-vətəndaş münasibətləri gücləndirilməlidir. Şəhid və qazilərimizin fədakarlığını bayrağın yüksəldilməsi aktı ilə birləşdirərək, gələcək nəsillərə həmin dəyərləri ötürmək vacibdir. Azad edilmiş torpaqlarda bayrağın qaldırılması yalnız simvol deyil. O torpaqlarda sabitlik, inkişaf və dövlətin möhkəmləndirilməsi deməkdir. Bu çağırışlar bayrağın rəmzi funksiyasını reallığa çevirmək üçün vacibdir. 9 noyabr “Üçrəngli Bayrağımız” günüdür. Bu gün biz yalnız bayrağı qaldırmırıq. Onun altında duran dəyərləri azadlıq, dövlətçilik, birlik, qəhrəmanlıq xatırlayırıq. Ulu öndər Heydər Əliyevin bayrağa dair fikirləri, cənab Prezident İlham Əliyevin bu simvola verdiyi dəyər, şəhid və qazilərimizin bayrağa ehtiramı, bütün bunlar bizə göstərir ki, bayraq yalnız milli varlığımızın, dövlətçilik iradəmizin ifadəsidir. Bayrağa olan ehtiramı yaşatmaq, dövlətimizin, xalqımızın gələcəyinə verilən söz deməkdir. Hər birimiz bu mülahizəni gündəlik həyatımızda reallaşdırmaqla bayrağın mənasını yüksəldə bilərik.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















