Milli Depozit Mərkəzinin qaynar xətt nömrəsi yenilənib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) investorlara daha effektiv xidmət göstərməsi, məlumat əlçatanlığının və xidmət keyfiyyətinin artırılması məqsədilə Çağrı Mərkəzinin qaynar xətt nömrəsini yeniləyib.
MDM-dan AZƏRTAC-a bildirilib ki, fevralın 3-dən etibarən vətəndaşların Milli Depozit Mərkəzinə müraciətləri “966-0” nömrəsi ilə deyil, yeni “966-9” qısa nömrəsi vasitəsilə qəbul ediləcək. Bu yeniləmə müasir texnologiyaların tətbiqi əsasında müraciət proseslərini sadələşdirmək, investor sorğularına dəqiq və operativ cavab vermək üçün həyata keçirilib. Yeni nömrəyə həm stasionar, həm də mobil telefonlardan zəng etmək mümkündür.
Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-a qədər fasiləsiz fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















