Milli haqda sərt sözlər: Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Futboç Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
Misli Premyer Liqasının 14-cü turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:
"İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxaram, o futbolçuları qoymaram. Fernandu Santuş olmur, kim olur-olsun."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 23 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















