Icma.az
close
up
RU
Milli İrsimizin Qorunması adlı Qalib Azərbaycan sərgisi keçirilib

Milli İrsimizin Qorunması adlı Qalib Azərbaycan sərgisi keçirilib

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyun ayının 25-də “Zirvə” Ziyalılar Təşkilatının təşkilatçılığı ilə AMEA və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Milli İrsimizin Qorunması” adlı “Qalib Azərbaycan” sərgisi keçirilib.

Sərgini AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə açıq elan etmişdir. Sərgiyə gələn elm, mədəniyyət və incəsənət nümayəndələrini salamlayaraq qeyd etmişdir ki, AMEA-da artıq belə tədbirlərin keçirilməsi ənənə halını almışdır və bu tədbirdə 6 yaşdan 77 yaşa qədər müxtəlif yaş qruplarından olan gözəl rəssamları və akademiyanın əməkdaş alımlarını görməkdən məmnun olduğunu bildirmişdir. Bu münasibətlə o, sərgi iştirakçılarını və rəssamları təbrik edib.

“Zirvə” Ziyalılar Təşkilatının rəhbəri Minayə Dəyanət Feyzullayeva da sərgi iştirakçılarını salamlayaraq bildirib: “Uzun illərdir ki, respublika səviyyəsində müxtəlif tədbirlərdə ləyaqətlə imzamızı atmışıq. Bütün tədbirlərimizdə çalışırıq ki, uşaqlar, gənclər və digər yaş qruplarından olan elm, mədəniyyət və incəsənət sahəsində çalışanlar xalqa, millətə və vətənə sevgi və vətənpərvərlik hisslərini yüksək səviyyədə yaşatsınlar. Rəsm əsərlərində də vətənə sevgi, sədaqət və məhəbbət daim tərənnüm olunsun və gənclərimiz gələcəkdə ölkəmizin dəyərli vətəndaşlarına çevrilsinlər.”

Tədbir iştirakçılarına ürək sözlərini çatdıraraq uğurlar arzulamış və təbrik etmişdir.

Sonra alim və rəssam Xəzər Zeynalov öz çıxışında belə sərgi və tədbirlərin keçirilməsini alqışlayaraq sərgidə 60-dan çox gözəl və müxtəlif janrlarda işlənmiş rəsm əsərinin olduğunu qeyd etmişdir. Xəzər Zeynalov, təşkilatçı Minayə Dəyanət Feyzullayeva AMEA-nın adından təşəkkürlərini bildirmişdir.

Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, məsul işçi Sənan Talıbov da yeniyetmə və gənclərimizə uğurlar arzulamışdır. O, gənclərin təlim tərbiyəsində və yaradıcılıqlarında belə maarifləndirici tədbirlərin keçirilməsinin onlara stimul olduğunu vurğulamış və mədəniyyət-incəsənət sahəsində gələcəkdə də belə tədbirlərin davamlı olmasını Minayə Dəyanət Feyzullayevaya tövsiyə etmişdir.

Beynəlxalq Aktivist Rəssamlar İttifaqının rəhbəri, tanınmış rəssam Nəvai Metin də gözəl arzularına qoşularaq AMEA-nın əməkdaşlarına həsr olunmuş sərginin iştirakçılarını alqışlayıb təbrik etmişdir.

Sonda, təşkilatçı Minayə Dəyanət Feyzullayeva AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə sərgi üçün şərait yaratdığına görə, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Ərtegin Əbdülvahab oğlu Salamzadə, Sənan Talıbov, Nəvai Metin, Xəzər Zeynalov və bütün zəhməti keçənlərə təşkilat adına təşəkkürlərini bildirmişdir.

Sərginin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri