Milli Kitabxanada “6 sentyabr Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.
Milli Kitabxanada gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması, kitab və mütaliənin təbliği məqsədilə “6 sentyabr - Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm
Vitual sərgidə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















