Icma.az
close
up
RU
Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib.

Kitabxanadan XQ-yə bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb. Dərin tarixi kökləri olan ana dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Azərbaycan əlifbası və Azərbaycan dili gününün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bu ənənənin Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini,  dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən birinin 2004- cü ildə  Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin tətbiqinə və təbliği işinin həyata keçirlməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması istiqamətində yeni fərman imzaladığını əlavə edib. Bu istiqamətdə son 2 ildə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə  dünyanın 6 ölkəsində “Azərbaycan ədəbiyyatı guşəsi” açıldığını vurğulayıb.

Tədbir çərçivəsində  şəhid Məhərrəm Əlioğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist  ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Direktor bu əlamətdar gündə şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist  ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimatının önəmli olduğunu vurğuluyaraq bildirib ki, bu cür kitabları ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərmizin xatirəsinin əbədi yaşadılmasında, gələcək nəsillərə xalqın igid övladlarının qəhramanlığının çatdırılmasında və   təbliğində mühüm rol oynayır. Milli Kitabxananın saytı vastəsilə kitabın  3 dildə bütün dünyada çatdılılacağını və təbliğ olunacağını qeyd edib.

Milli Məclisin deputatı, diplomat Rizvan Nəbiyev çıxışında  44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həm beynəlxalq diplomatik  müstəvidə, həm də səngərdə mübarizə apardığını söyləyib. Diplomatik  müstəvidə aparılan mübarizədə öndə kütləvi informasiya vastələrinin iştirak etdiyini və bunun  çox böyük önəm kəsb etdiyini vurğulayıb.   Bu istiqamətdə AZƏRTAC-ın müxbiri Məhərrəm  Əlioğlu və Azərbaycan Televiziyasının  operatoru Sirac Abışovun xidmətlərindən ətraflı bəhs edib.  Hər iki şəhidin mina terorunun qurbanı olduğunu vurğulayıb.  Bu gün şəhidlərimizin qanının yerdə qalmadığını, qalib ölkənin qalib vətəndaşları olduğumuzu  deyib. Bu işin təşəbüskarlarına minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov şəhidin ömür yolundan, qəhrəmanlığından bəhs edərək Milli Kitabxananın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində dəstəyi və  əməyi olan hər kəsə təşəkkür edib.  Bu kompaniyanın davam etdiriləcəyini və kitabın Milli Kitabxana vastəsilə bütün kitabxalarara çatdırılacağını vurğulayıb. 

Tədbirdə çıxış edən kitabın rəyçisi texnika elmləri üzrə fəlsəfə doktoru  Hümbət Hüseynov, Real televiziyasının əməkdaşı Kamran Qasımov,  əməkdar jurnalist Tahir Aydınoğlu, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi  Gülnar Məmmədova və başqaları  Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə  hər kəsi təbrik edərək bu əlamətdar günün önəmindən Ulu Öndər Heydər Əliyevin Azərbaycan diliniə diqqət və qayğısından danışıblar.  Belə bir gündə  şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının  gözəl bir təşəbbüs olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsi zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs ediblər. Bu işdə dəstəyi olan hər kəsə  Real televiziyasına, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürü bildiriblər.

Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş  “1 avqust- Azərbaycan əlifbası  və Azərbaycan dili günü” adlı kitab sərgisi ilə yaxından tanış olublar.

Kitab sərgisində Azərbaycan dilinin tarixindən, inkişaf mərhələlərindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri