Icma.az
close
up
RU
Milli Kitabxanada “Yazıçı publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Yazıçı publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

Milli Kitabxanada yazıçı-publisist, filologiya elmləri doktoru, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvinin anada olmasının 65 illik yubileyi münasibətilə “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Almaz Ülvinin müəllifi olduğu əsərlər, monoqrafiyalar, dərsliklər, tərtibçisi olduğu, nəşrə hazırladığı, “Ön söz” yazdığı və redaktoru olduğu kitablar, yaradıcılığı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Almaz Ülvi 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik, 2010-cu ildə "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb.

Müəllif ilk kitablarını 1990-cı illərdən çap etdirməyə başlayıb. Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Poeziyada milli-azadlıq duyğuları" (1997) və "Ülviləşən Ülvim" (1998) kitablarının müəllifi, "Ülvi duyğularım" (1990), "Bir ölümün acığına" (1993), "Ömrüm sənin eşqindi" (1998) "Sənin oxşarın bənövşədi" (2005), "Ömür yolu (poema 2 dildə, 2009), "Ömür yolu (poema 5 dildə, 2009) və bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir.

Almaz Ülvi elmi fəaliyyətinin 30 ilini özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsinə həsr edib. Bütövlükdə Əlişir Nəvai və özbək ədəbiyyatı mövzusunda kitablar və elmi məqalə nəşr etdirib. Eləcə də Azərbaycan-özbək ədəbi əlaqələri tarixində ilk dəfə olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)” kitabının müəlliflərindən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri