Milli Kitabxanda “21 Fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgilər açılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 fevral, AZƏRTAC
Milli Kitabxanda “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, virtual sərgidə Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Ümummilli Lider Heydər Əliyevin mübarizəsindən, Prezident İlham Əliyevin dil siyasəti, Azərbaycan dili tarixi, dilçilik məsələləri, həmçinin dilin tədrisi ilə bağlı tədqiqatlar, dövrü mətbuatda çap olunan məqalələr yer alıb.
Virtual sərgi ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Ənənəvi sərgidə Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi, ana dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, dil haqqında aforizmlər, dilin tədqiqi, tarixi, tədrisi məsələləri, dünya dilləri haqqında tədqiqatlar, xarici dillərdə lüğətlər nümayiş olunub.
Həmçinin mövzu ilə bağlı Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, monoqrafiyalar, dərsliklər, elmi əsərlər toplusu sərgilənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















