Icma.az
close
up
RU
Milli komandadan nəyisə gözləmək vərdişindən əl çəkin AÇIQLAMA

Milli komandadan nəyisə gözləmək vərdişindən əl çəkin AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda bu gün Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.

Redaktor.az-a açıqlama verən idman eksperti Natiq Muxtarlı qeyd etdi ki, Azərbaycan yığmasından heç bir gözləntisi yoxdur:

"Bunu nəticə baxımından deyirəm. Azərbaycanın futbol ictimaiyyəti də milli komandadan nəyisə gözləmək vərdişindən əl çəkməlidir. Çünki Azərbaycan futbolunun hazırkı vəziyyəti elədir ki, milli komanda böyük turnirlər üçün yetişməyib və nəticə qazana bilməyəcək.

O başqa məsələdir ki, bəli, Ayxan Abbasovun komandası Fernando Santuşun komandası deyil. Tutaq ki, bu komanda meydanda mübarizə aparacaq - məğlub olacaq, xal qazanacaq, amma əsas odur ki, mübarizə göstərəcək. Biz bunu Fransa ilə oyunda gördük. Azərbaycanla Fransanın səviyyə fərqi çox kəskindir. Amma Fransa-Azərbaycan oyunu, İslandiya-Azərbaycan oyunu deyildi - fərq burada idi. Meydanda futbolçuların imkanları daxilində mübarizə apardığı görünürdü".

Müsahibimiz vurğuladı ki, yığma komandanın oyunçuları yenə də mübarizə aparacaqlar:

"Amma onu da nəzərə almaq lazımdır ki, Ukrayna yığmasının özü də hazırda ideal vəziyyətdə deyil. Komandanın düşərgəsində əhval-ruhiyyə yaxşı deyil. Ukrayna mətbuatının özündə də bu qeyd olunur. Ukraynalıların bu vəziyyətindən istifadə etmək olar. Hətta Ukraynadan xal da almaq mümkündür.

Bu oyunlar AFFA rəhbərliyi üçün bir daha dərs olmalıdır. Neçə illər ərzində Azərbaycanın futbol ictimaiyyəti tələb edirdi ki, yığma komandanın baş məşqçisi yerli olsun, əcnəbi olmasın. Əcnəbilərə verilən vəsait isə bizdə mövcud olan ciddi problemlərin həllinə yönəldilsin. Amma çox təəssüf ki, illər ərzində AFFA rəhbərliyi yüz milyonlarla manatı əcnəbilərə verib, ölkədən çıxarıb".

Onun sözlərinə görə, həmin vəsaiti mənimsəyənlər cəzalandırılmalı və bundan sonra bu səhvə yol verilməməlidir:

"Həmin vəsait futbolçuların yetişdirilməsinə yönəlməlidir. Əcnəbilərə ayrılan pul artıq uşaq futbolunun inkişafına sərf olunmalıdır. İstedadlı uşaqlar Azərbaycanın kənd və qəsəbələrindədir - ora getmək lazımdır. AFFA rəhbərliyini kabinetlərdən çıxarıb həmin bölgələrə göndərmək lazımdır.

Ukrayna ilə oyundan isə mən nəticə gözləmirəm. Bu, sözsüz ki, mübarizə olacaq. Ukraynadan xal almaq da mümkündür - niyə də olmasın? Amma ciddi mənada yığmanın üzərində təzyiq yaratmağa ehtiyac yoxdur. Çünki potensialımız bəllidir və biz hələ böyük turnirlərə gedəcək səviyyəyə yüksəlməmişik. Bunun üçün iş görmək lazımdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri