Icma.az
close
up
RU
Milli komandanın oyununa bileti necə satacaqlar? AFFA da deyəsən, hesab kitab qarışıb

Milli komandanın oyununa bileti necə satacaqlar? AFFA da deyəsən, hesab kitab qarışıb

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bu ilin sentyabr ayında Futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Ukrayna millisini qəbul edəcək.

Mia.az xəbər verir ki, oyun sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

AFFA artıq bilet satışını elan edib. Çox tez başlayıblar satışa, məncə, amma neyləməli, stadionun boş qalma ehtimalı da var. Mənim yadıma gəlir, millinin oyunlarından birində hər sektorda olan azarkeşlərin sayını mən barmaqla saymışdım. 

Çox kədərlidi bunları yazmaq. Düzdü, azarkeş yoxluğu ilə ən uğurlu komanda da üzləşə bilər. Əvvəllər belə problemləri klublar fan-qrup yaranmaqla həll etməyə çalışırdılar. İndi də bu ənənəni bəzi imkanlı klublar qoruyub saxlayır. Amma fan-qrupların maliyyələşdirilməsi lazımdı ki, bəzi kasıb klubların buna pulu yoxdu, digər tərəfdən, fan-qruplara stadionda yalnız bir sektor ayrılır, onlar kompakt şəkildə yerləşdirilir və da stadionun ümumi boş görüntüsündə demək olar ki, əhəmiyyət kəsb eləmir. 

Bəzi klublar, məsələn, “Qarabağ” və “Sabah” klubun akademiyasının üzvləri olan uşaqlara və onların valideynlərinə pulsuz bilet paylamaqla vəziyyətdən çıxır. Yəni, deməyim odu ki, istənilən klub boş stadion problemi ilə üz-üzə qala bilər. 

Azarkeşlərin diqqətini cəlb eləməkçün klublar bəzən müxtəlif proqramlar həyata keçirir: oyundan əvvəl əyləncəli fan-zonalar, bəzən pulsuz su və ya yüngül yemək, hətta pulsuz bilet təşkil edir. Bu yaxınlarda “Araz-Naxçıvan”ın Avroliqa oyunu çərçivəsində klub oyuna girişi pulsuz eləmişdi. Bəzən Premyer Liqa oyunlarında ikinci hissədə giriş sərbəst olur. 

Azərbaycan millisinin keçən mövsümdə D qrupuna düşməsindən dolayı azarkeş diqqətindən məhrum olduğunu söyləməyə ehtiyac yoxdu. Ukrayna millisi də yumşaq rəqib deyil. Keçən dəfə Belarusa uduzub həmin ölkənin prezidentinin ad günü hədiyyəsini vermişik. İndi də Ukraynada müharibə vəziyyətindən dolayı, ürəyimizdə çox kövrək yanaşırıq onlara. İstiqanlı insanlar olaraq Ukraynanın də qəlbinə dəymədən uzaqbaşı bir qol hədiyyəsiylə yola salacağımıızı xəyal edirəm. 

Amma AFFA-nın bilet satışı ilə bağlı məlumatını görəndən sonra adam xəyal dünyasından ayılır. Federasiyanın təqdim etdiyi bilet qiyməti ən azı 5 manatdan başlayır. Keçən mövsümdə bu rəqəm 2 manat idi. Nəyimizə güvənirik ki? Bileti pulsuz paylasalar belə, millinin oyununa maraq göstəriləcəyini gözləmədiyimiz halda, AFFA nədən haqq-hesabını belə yüksək tutur? 

Başımız mərc oyunlarına qarışandan hesab-kitabı da unutmuşuq deyəsən. 

Camaat 5 manatından keçib o oyuna gələcəkmi?

Bunu kiminlə oturub danışaq görəsən? 

Zülfiyyə Mustafayeva
Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Avqust 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri