Icma.az
close
up
RU
Milli komandaya Arif Əsədov gətirilməlidir” Hətta “peraşki” dövründə...

Milli komandaya Arif Əsədov gətirilməlidir” Hətta “peraşki” dövründə...

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İlk növbədə Santuşu bura gətirən, 2028 hədəfi qoyanlar cavab verməlidir. İkinci növbədə, milli komandaya Arif Əsədov gətirilməlidir. O, Santuşun üzündən milli komandadan ayrılıb. Arif Əsədov Santuşla yola gedə bilmədi”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında "Forvard.az" saytının rəhbəri və keçmiş futbolçu Ağa Dadaşzadə deyib. O bildirib ki, indi Azərbaycan millisi tarixinin ən biabırçı dövrüdür

“AFFA-nın baş katibi də Fernandu Santuşun getməsini istəyir. Çünki Azərbaycan millisi tarixinin ən biabırçı dövrüdür. 

Hətta “peraşki” dövründə (1992-2003) belə indiki uğursuzluq olmayıb. Santuş çox həyasız insandır. Jurnalist ona sual verir ki, bu milli komandadır, milli ruhdur. O, isə bu sualdan yayınır. Belə bir adamın Azərbaycanda işləməsi düzgün deyil. Santuş Portuqaliya millisində Ronaldonun, Naninin hesabına Avropa çempionu olub, amma ondan sonra hara gedibsə, qovulub. 

Dünən özü də dolayı şəkildə bildirdi ki, razılaşa bilərik. Hamı bilir ki, bu o deməkdir ki, pulumu verin, gedim. İlk növbədə Santuşu bura gətirən, 2028 hədəfi qoyanlar cavab verməlidir. İkinci növbədə, milli komandaya Arif Əsədov gətirilməlidir. O, Santuşun üzündən milli komandadan ayrılıb. Arif Əsədov Santuşla yola gedə bilmədi. Bu adam milliyə gələndə özü ilə bir vaqon portuqal gətirdi. Kamran Ağayev kimi Azərbaycan futbolunun ən güclü qapıçısını və qapıçı məşqçisini tirbunaya göndərdi. Bunu Santuş etmişdi. Düzdü, Kamran yenidən öz vəzifəsinə qayıtdı, amma uzun müddət ona haqsızlıq oldu”.

Ağa Dadaşzadə qeyd edib ki, Arif Əsədov mütləq qayıtmalıdır və ona şərait yaradılmalıdır:

“Arif Əsədov mütləq qayıtmalıdır və ona şərait yaradılmalıdır. Bizdə legioner limiti ləğv olunub və 11 futbolçu tapıb qoya bilmirik. 4 mövsüm əvvəl belə bir qayda var idi: meydanda 21 yaşlı yerli futbolçu olmalıdır. İndi bunu 19 yaşa salmaq lazımdır ki, inkişaf daha tez getsin. Mən düşünürəm ki, əgər futbol funksionerlərində azca da olsa milli təəssübkeşlik varsa, daha əcnəbi baş məşqçi gətirməsinlər. Sərf olunan pullar, dövlət dəstəyi, yaradılan şəraitin qarşılığında heç olmasa azərbaycanlı məşqçi gətirin ki, heç olmasa milliyə can yandırsın. Ona görə də Arif müəllim ən uğurlu namizəddir. Milli komanda Arif müəllimin sayəsində Qazaxıstana 3-2 qalib gəlmişdi, geridönüş etmişdi. Bu gün milli komanda 1 qol vuranda sevinirik”.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacağı deyilir. Portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır. 3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri