Milli komandaya kömək edə bilməyəcək
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Federiko Kyeza DÇ-2026-nın pley-off mərhələsində İtaliya yığmasına kömək edə bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un sağ cinah oyunçusu İtaliya Futbol Federasiyasının təlim-məşq bazasında sağlamlıq müayinəsindən sonra fiziki problemlərlə üzləşib. Nəticədə Kyeza yığmanın heyətindən ayrılıb. Baş məşqçi Cennaro Qattuzo onun yerinə “Bolonya”nın hücumçusu Nikolo Kambyaqini komandaya çağırıb. Eyni səbəbdən “Atalanta”nın hücumçusu Canluka Skamakka da komandanın heyətindən çıxarılıb.
Xatırladaq ki, Kyeza AÇ-2024-dən sonra ilk dəfə milli komandaya çağırılmışdı. O, İtaliya yığmasında 51 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
İtaliya DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında martında 26-da Şimali İrlandiya ilə qarşılaşacaq. Qalib komanda finalda Uels - Bosniya və Hersoqovina duelinin qalibi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Mart 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















