Icma.az
close
up
RU
Milli kulinariya nümunələrinin vahid elmi platforması istifadəyə verilib

Milli kulinariya nümunələrinin vahid elmi platforması istifadəyə verilib

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Təqdimat mərasimini giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli folklorşünas, tarixçi, etnoqraf və dilçilərin, həmçinin kulinariya üzrə mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Dadlar” layihəsinin elmi əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan milli mətbəxi zəngin tarixi köklərə malik ümummilli mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla, xalqımızın məişətini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini əks etdirir. O qeyd edib ki, son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Turizm Agentliyi arasında bir sıra layihələr üzrə birgə əməkdaşlıq əlaqələri mövcuddur və bugünkü tədbirlə əməkdaşlıq münasibətləri mətbəx sahəsində də elmi-praktik fəaliyyətlərlə genişləndiriləcək.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsini təmin etmək olduğunu vurğulayıb. O, AMEA ilə əməkdaşlıqda həyata keçirilmiş layihə çərçivəsində elmi əsaslarla sənədləşdirilmiş yüzlərlə milli mətbəx nümunəsi barədə məlumatların toplanıldığını, informasiya etibarlılığı və elmi dayanıqlılığının təmin edildiyini qeyd edərək, ilk dəfə olaraq milli kulinariya nümunələrimizin vahid bazasının yaradıldığını bildirib.
Qeyd edək ki, “Milli Dadlar” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlarından elmi əsaslarla sənədləşdirilmiş milli mətbəx nümunələri barədə məlumatlar toplanılıb. Layihənin ilkin mərhələsində müxtəlif yaş kateqoriyasından olan respondentlərlə sorğu aparılıb, toplanmış məlumatlara əsasən seçilmiş mətbəx nümunələri sənaye nümayəndələri, həmçinin ekspertlərin iştirakı ilə hazırlanaraq sənədləşdirilib və kataloqlaşdırılıb. Layihə çərçivəsində yaradılan eyniadlı onlayn platformada regional mətbəxlərin özünəməxsusluğu, mətbəx nümunələrinin adı, tərkibi, hazırlanma qaydası və digər məlumatlar əks olunub.
Layihənin ikinci mərhələsində mətbəx nümunələrinin kulinar aspektləri ilə yanaşı, sosial, mədəni və tarixilik istiqamətlərinın araşdırılması nəzərdə tutulur. Bu mərhələdə əsas məqsəd müxtəlif bölgələrə məxsus yemək və məhsullarla bağlı rəvayət, əfsanə, xalq inancları və s. kimi şifahi və yazılı xalq ədəbiyyatı mənbələrində yer alan məlumatların toplanıb sistemləşdirilməsidir. Bu mərhələ də AMEA alimlərinin və kulinariya üzrə mütəxəssislərin əməkdaşlığı ilə həyata keçiriləcək və tədqiqatların sonunda əldə olunmuş məlumatlar onlayn platformada yerləşdiriləcək.
AzVision.az Qalereya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 May 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri