Icma.az
close
up
RU
Milli maraqlara əsaslanan siyasət kursu

Milli maraqlara əsaslanan siyasət kursu

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə təkcə ilin əvvəlində səsləndirilən mövqe deyil, müstəqil Azərbaycanın yeni mərhələdə özünü necə gördüyünün və necə təqdim etdiyinin siyasi xəritəsi idi. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan dövləti artıq hadisələrin arxasınca qaçan yox, prosesləri formalaşdıran, gündəmi müəyyən edən güc mərkəzinə çevrilib. Bu müsahibədə Prezident İlham Əliyev keçmişin dərslərini, bu günün reallıqlarını və gələcəyin konturlarını vahid dövlət məntiqi çərçivəsində birləşdirərək, həm cəmiyyətə açıq hesabat verdi, həm də beynəlxalq auditoriyaya ünvanlanmış çoxqatlı mesajlar səsləndirdi.

Cənab Prezidentin müsahibəsində Qarabağ mövzusu artıq münaqişə prizmasından deyil, qələbədən sonrakı quruculuq və suverenliyin tam bərpası mərhələsi kimi təqdim olundu. Bu, özü-özlüyündə mühüm siyasi göstəricidir. Çünki Azərbaycan üçün Qarabağ məsələsi bağlanmış hərbi-siyasi səhifə, açılmış dövlət quruculuğu və milli dirçəliş mərhələsidir. Cənab Prezident İlham Əliyevin mövqeyi qətidir: Qarabağda heç bir “xüsusi status”, heç bir “keçid dövrü”, heç bir “boz zona” mövcud deyil. Orada Azərbaycan Konstitusiyası işləyir, Azərbaycan qanunları tətbiq olunur və Azərbaycan bayrağı dalğalanır. Bu, təkcə hüquqi yox, geosiyasi həqiqətin qəbul etdirilməsi deməkdir. Müsahibədə Böyük Qayıdış proqramı humanitar layihə kimi deyil, strateji dövlət siyasəti kimi təqdim olundu. Cənab Prezident İlham Əliyev açıq şəkildə göstərdi ki, azad edilmiş ərazilərə qayıdış təsadüfi proses deyil-bu, planlı, mərhələli və təhlükəsizlik, infrastruktur, sosial rifah prinsiplərinə söykənən milli missiyadır. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, dövlət yalnız ev tikmir, yaşayış fəlsəfəsi qurur. Ağıllı şəhərlər, müasir kəndlər, sosial obyektlər, yollar, enerji infrastrukturu-bütün bunlar Böyük Qayıdışı sadəcə nostalji qayıdışdan çıxarıb, dövlət-vətəndaş münasibətlərinin yeni modelinə çevirir. Cənab Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi məsələsi xüsusi strateji çəkiyə malik idi. Dövlət başçısının mesajı birmənalıdır: bu dəhliz açılacaq. Adı dəyişə bilər, formatı dəqiqləşə bilər, amma mahiyyəti dəyişməzdir. Çünki Zəngəzur dəhlizi artıq təkcə Azərbaycan layihəsi deyil — Avrasiya miqyaslı nəqliyyat və logistika xəttidir. Bu yol Türk dünyasını birləşdirir, Şərqlə Qərbi qovuşdurur və Cənubi Qafqazı geosiyasi çıxılmazlıqdan çıxarıb əməkdaşlıq məkanına çevirir. Ermənistan üçün bu layihə seçim anıdır: ya regionun iqtisadi xəritəsinə daxil olmaq, ya da özünü daha dərin təcridə məhkum etmək.
Prezident İlham Əliyevin müsahibəsinin ümumi ruhu bir həqiqəti ortaya qoydu: Azərbaycan sözlə yox, əməl ilə danışan dövlətdir. Qarabağda qurulan şəhərlər, qayıdan insanlar, açılan yollar, reallaşan layihələr dövlət sözünün konkret nəticələridir. Bu baxımdan, müsahibə siyasi bəyanatların toplusu deyil, reallaşmış dövlət siyasətinin şərhi idi. Cənab Prezident populizmdən uzaq, lakin milli ruhu yüksək olan nitqi ilə həm cəmiyyətə güvən verdi, həm də beynəlxalq aləmə mesaj göndərdi: Azərbaycanla yalnız bərabərhüquqlu tərəfdaş kimi danışmaq olar. Beləliklə müsahibədə səslənən fikirlər Azərbaycanın yaxın onilliklər üçün siyasi xəritəsini cızan strateji sənəd funksiyasını daşıyır.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri