Icma.az
close
up
RU
Milli Məclis Azərbaycana qarşı qəbul edilən qətnaməyə etiraz

Milli Məclis Azərbaycana qarşı qəbul edilən qətnaməyə etiraz

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan parlamenti Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, qanunverici orqan Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir.

Qeyd olunub ki, yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.

Qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. Bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmayıb, dini və ya mədəni abidələr zədələnməyib.

Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilmişdir. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulmuşdur.
Qətnamənin “qanunsuz həbslər” ilə bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir.
Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilmişdir. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur.
Qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir. Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar.
Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 İyul 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri