Icma.az
close
up
RU
Milli Məclis “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Milli Məclis “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Azərbaycanda satınalan təşkilat tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsas formalaşdırılması təklif olunur.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsi zamanı bir sıra qurumların satınalma müqavilələri üzrə xarici təchizatçılardan icra və (və ya) avans təminatı tələb olunur və bu təminatların təqdim edilmədiyi aşkar olunur.

İcra və (və ya) avans təminatının təqdim edilməməsi ilə bağlı “Dövlət satınalmaları haqqında” Qanunda hər hansı istisna olmadığından həmin sənədlərin təqdim edilməməsi xəzinədarlıq orqanları tərəfindən ödənişlərin edilməsini mümkünsüz edir və nəticə etibarilə müvafiq mal, iş və xidmət alışı baş tutmur.

Qeyd olunanlar nəzərə alınmaqla, layihə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında qeyri-rezident hüquqi və fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qəbul edilmiş qərar əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin müəyyən olunması təklif edilir.

Bununla da bir mənbədən satınalma metodunun tətbiq olunduğu və müvafiq qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsi mümkünsüz olduğu hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında götürdüyü öhdəliklərin icra edilməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan müvafiq çətinliklər aradan qaldırılacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 İyul 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri