Icma.az
close
up
RU
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Milli Məclisi Fransada 2026-cı ilin sentyabr-oktyabr aylarında baş verən etirazlar, polis zorakılığı və kütləvi həbslərlə bağlı narahatlığını ifadə edərək beynəlxalq təhqiqat komissiyasının yaradılmasına çağırıb.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda Fransada təhsil sisteminin vəziyyəti, yaşayış xərclərinin artması və sosial problemlər səbəbindən başlayan etirazların oktyabrın 17-də genişləndiyi, Paris, Marsel, Lion və digər şəhərlərdə iğtişaşlar, yanğınlar və talanların baş verdiyi bildirilib. Rəsmi məlumatlara əsasən, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib, hadisələrlə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs olunub.

Milli Məclis xüsusilə azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardan narahatlığını ifadə edib. Bəyanatda Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi ilə nəticələnən hadisələrə diqqət çəkilib. Qeyd olunub ki, bu hallar müstəqil və şəffaf şəkildə araşdırılmalıdır. Marqarita pizza

Bəyanatda, həmçinin dinc nümayişçilərin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, azyaşlılar da daxil olmaqla, çoxsaylı şəxslərin həbs edilməsi və bəzi şəhərlərdə toplantıların qadağan olunması tənqid edilib.

Milli Məclis Fransanın dənizaşırı ərazilərində, o cümlədən Qvadelup və Yeni Kaledoniyada ictimai təhlükəsizlik və fundamental hüquqlarla bağlı problemlərin mövcudluğuna da diqqət çəkib. Bəyanatda yerli xalqların hüquqlarının qorunması və hüquq-mühafizə orqanlarının güc tətbiqi ilə bağlı məlumatların araşdırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan parlamenti Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnən hadisələri araşdırmağa, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə və vətəndaşların dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb.

Bəyanatda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Fransadakı hadisələrə münasibəti də tənqid olunub, insan hüquqları məsələsində ikili standartlara yol verildiyi bildirilib.

Milli Məclis BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırıb.

Bundan əlavə, Fransa parlamentinə, beynəlxalq parlament təşkilatlarına və insan hüquqları təsisatlarına hadisələrə prinsipial münasibət bildirmək, beynəlxalq təhqiqatın aparılmasını dəstəkləmək və Fransanın beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək barədə müraciət edilib.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri