Milli Məclis hərbi qanunvericiliyə dəyişikliyi müzakirəyə çıxardı
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisdə kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqları haqqında bir sıra dəyişikliklər müzakirəyə çıxarılıb.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda yer alıb.
Qeyd edilib ki, layihəyə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.
Vilayət Muxtar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















